Arşavin: "Rusiya millisi? Mən hələ..."

Arşavin: "Rusiya millisi? Mən hələ..."
XƏBƏR 27 İyul 2013 / 12:01 2450
-  A +

"Zenit" klubunun futbolçusu Andrey Arşavin baş məşqçisi Luçano Spalettinin "Arşavin" daha çox çalışmalıdır ki, əsas heyətə düşsün" fikirlərinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan rusiyalı futbolçu məşqlərdə yüksək səviyyədə çalışdığını deyib:

"Mənə nəsə deməyə ehtiyac yoxdur. Məşqlərdə çox çalışıram və özümü yaxşı tərəfdən göstərirəm. Təbii ki, mənim üçün oyunu ehtiyat skamyadan izləmək heç də yaxşı deyil. Ancaq başqa çıxış yolum yoxdur. Hər zaman əsas heyətdə oynamaq istəyirəm. Milli komanda? Mən hələ "Zenit"in əsas heyətində düşməliyəm. Bundan sonra mənim milliyə qayıtmağım aktual ola bilər".


Son xəbərlər
topaz banner