Qvardiola: "Kuboku qazanmaq məcburiyyətindəyəm"

Qvardiola: "Kuboku qazanmaq məcburiyyətindəyəm"
XƏBƏR 27 İyul 2013 / 11:13 2236
-  A +

Yeni klubu ilə bu gün ilk rəsmi matçına çıxacaq "Bavariya"nın baş məşqçisi Pep Qvardiola Almaniya Superkubokunda "Borussiya" (Dortmund) ilə oyun öncəsi açıqlamalar verib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispan mütəxəssis bu qarşılaşmada nə olursa-olsun, qalib gəlmələrinin vacib olduğunu deyib:

"Siqnal İduna Park"da ilk matçıma çıxacağam. Xüsusi bir final matçı olacaq. İşin içində kubok varsa, qazanmaq hər zaman önəmlidir. Əgər "Bavariya"nı çalışdırırsınızsa, kuboku qazanmaq məcburiyyətindəsiniz. Məğlub olsanız, hər hansı bir üzrünüz ola bilməz".

Qvardiola rəqib haqqında isə bunları deyib: "Klopp "Borussiya"da möhtəşəm işlər gördü. İki dəfə Bundesliqanı qazandı və ona qarşı oynamaq mənim üçün də yaxşı bir təcrübə olacaq. Royes kimi çox yaxşı qapıçıları və Levandovski kimi hücumçuları var".

Qeyd edək ki, "Bavariya" - "Borussiya" matçı bu gün Bakı vaxtı ilə 23:30-da başlayacaq.

Son xəbərlər
topaz banner