"Barselona" yeni baş məşqçisini rəsmən təqdim etdi

"Barselona" yeni baş məşqçisini rəsmən təqdim etdi
XƏBƏR 26 İyul 2013 / 18:51 2632
-  A +

"Barselona" klubu baş məşqçisi Xerardo Martinonu ictimaiyyətə təqdim edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, klubla rəsmi müqavilə imzalayan argentinalı mütəxəssis ona göstərilən etimad üçün çox məmnun olduğunu deyib:

"Barselona"da olmaq qürurvericidir. Bir il öncə burada olacağımı düşünməzdim. Futbolçularla qısa bir zamanda tanış olub, hazırlıqlara başlamağı səbirsizliklə gözləyirəm".

Neymarla və Messinin birlikdə oynaması haqqında danışan baş məşqçi deyib: "Onların birlikdə oynaya bilməməklərini düşünmürəm. Əgər bu alınmasa, deməli mənim problemimdir".

Martino həmçinin bildirib ki, transferlərə ehtiyac yoxdur: "Komandanın heyətindən razıyam. Ancaq hər klubun daha da inkişaf etdirməli mövqeləri var. Klubu ən yaxşı səviyyədə tutmağa çalışacağam".

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə