"Gefle"nin futbolçusu: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirəm"

"Gefle"nin futbolçusu: "Qarabağ"la oyunu səbirsizliklə gözləyirəm"
XƏBƏR 26 İyul 2013 / 18:34 4884
-  A +

"Qarabağ"ın Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi İsveçin "Gefle" klubunun hücumçusu Yakob Orlov iddialı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, İsveç mətbuatına danışan 27 yaşlı futbolçu "Qarabağ"la oyunu səbirsizliklə gözlədiklərini bildirib:

"Əvvəlki komanda yoldaşlarım Azərbaycanda olublar. Onlar bu səfərlərin asan keçmədiklərini bildiriblər. Ancaq bu bizim üçün elə də böyük əhəmiyyət kəsb etmir. Azərbaycana gedib öz oyunumuz oynayıb, qələbə qazanmağa çalışacağıq. Buna görə də "Qarabağ"la oyunu səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, "Qarabağ" - "Gefle" oyunu avqustun 1-də, saat 21:00-da başlayacaq.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu