Azərbaycan futbolu az faciə görməyib. Milli və klublarımızın passivində biabırcı məğlubiyyətlərin sayı kifayət qədərdir.
Əsas komandanı Oserdə fransalılar, “Xəzri” və “Neftçi”ni polşalılar yaxşıca sillələmişdi 90-cı illərdə və s. Son illərin epizodik uğurları xoşagəlməz statistikanı az qala unutduracaqdı ki, mərdiməzar “Makkabi” buna imkan vermədi. Onların sırasına daha biri də əlavə olundu – Lənkəran faciəsi. Cənub təmsilcisi “qəhrəmanlığı” ilə bu məsələdə ilkə də imza atdı. Əvvəlki faciələr səfərdə yaşanmışdı…
Malta səddini az qala sürünə-sürünə adlayan Con Toşakın komandası İsrail səfərində buraxdığı 2 topun əvəzini cıxmağa iddialı idi guya ki. Tanınmış, titullu, təcrübəli, nə bilim, daha nəli uelslinin futbolçu yığınından revanş gözləyən “Xəzər Lənkəran” fanatlarının dalağı hələ 3 gün əvvəl sancmışdı. Vacib oyun ərəfəsində “Fənərbaxça”yla qarşılaşmanın nəticəsini nəzərdə tuturam. Onsuz da həftədə bir oyuna güclə çıxan futbolçuları məsul oyun ərəfəsində yormaqla bu faciəyə rəvac verənlər indi azarkeşlər qarşısında cavab verməlidilər.
“Makkabi” qarşısına sanki kor kimi çıxan futbolcuların gözünə fənər salanlar. 0:8!!!. Bu hesabı müxtəlif səbəblərlə, hətta təxribatla əlaqələndirənlər var. Yeri gəlmişkən, Toni Doblas, Adrian Pit, Eder Bonfim və Marin Orsuliçin heyətdən kənarlaşdırıldığı bildirilir. Siyahı yəqin, uzadılacaq da. Amma, nə xeyri var ki? Batan gəmini tərk eləyən çox olur. Günahkarlar da tapılacaq, səbəblər də, komandada vəziyyət də dəyişəcək. Dəyişməyən yalnız, Azərbaycan futbol tarixinə yazılan bu rüsvayçı nəticə olacaq. 0:8!!! 2 oyuna 10 qol yeyən Con Toşakın komandasının futbolumuza verdiyi töhfə…
Tural XUDİYEV, Fanat.az
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq
Rəhim Həsənov hakim qərarlarını təsdiqlədi - Video
"Liverpul"un hədəfinə tuş gəldi
Prezident yarımfinal matçının hesabını proqnozlaşdırdı
2-ci liqa: Liderlər heç-heçəyə razılaşdı
"Real"ın gənc oyunçusu Bundesliqa yolunda
“Atletiko” ona 120 milyon avro qiymət qoydu
10 illik dövrün sonu: "Mançester Siti"dən gedir