Mahir Şükürov: "Bertuççi ilə aramızda heç bir problem yoxdur"

Mahir Şükürov: "Bertuççi ilə aramızda heç bir problem yoxdur"
XƏBƏR 26 İyul 2013 / 16:41 2382
-  A +

"Neftçi"nin futbolçuları Mahir Şükürov və Bruno Bertuççi Çempionlar Liqasının II təsnifat mərhələsində “Skenderbeu” ilə oyunu zamanı aralarında yaranmış gərginliyə aydınlıq gətiriblər.

Qol.Az-ın məlumatlna görə, Mahir Şükürov klubun rəsmi saytına açıqlamasında yaşanan hadisənin oyunun nəticəsindən irəli gəldiyini deyib:

“Çox istəyirdik ki, sevinən tərəf biz olaq. Bunun üçün də əlimizdən gələni etdik, lakin təəssüf ki, alınmadı. O ki qaldı, Bruno ilə aramızda yaranmış gərginliyə, bu, oyunun nəticəsindən irəli gəlirdi. Biz bir ailəyik, aramızda heç bir problem ola bilməz”.

Bruno Bertuççi də komanda yoldaşının fikirləri ilə razılaşaraq bildirib ki, məhz oyundakı gərginlik mübahisənin yaranmasında səbəb olub: “Mərhələ adlayacağımıza inanırdıq, amma təəssüf ki, bunu həyata keçirə bilmədik. Sanki bəxt bizdən üz döndərmişdi. Qol vurmaq, nəticə göstərmək istəyi alınmayanda gərginlik artır. Mahirlə aramızda mübahisə də bu gərginliyin nəticəsi idi. Artıq aramızda heç bir problem yoxdur”.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə