Qvardiola "Barselona"nın 1903 günlük hegemonluğuna son qoydu

Qvardiola "Barselona"nın 1903 günlük hegemonluğuna son qoydu
XƏBƏR 26 İyul 2013 / 15:52 2943
-  A +

Pep Qvardiolalı "Bavariya" klubu hazırlıq matçı çərçivəsində "Barselona"nı məğlub etməklə çox önəmli bir ilkə imza atıb.

Qol.Az-ın məlumatına görə, Münhen təmsilçisinin rəsmi saytı oyunun statistikasını yayımlayıb.

Statistikada Qvardiolanın komandasının topa 53 faizlə daha çox sahib olduğu məlum olub. Bununla da, "Barselona" qarşısında "Bavariya" 1903 gün sonra bir oyunda ən çox topa sahib olan komanda adını qazanıb.

Qeyd edək ki, bunu son bacaran klub 2008-ci il mayın 7-də Kataloniya klubunu 4:1 hesabı ilə məğlub edən Madrid "Real"ı olmuşdu.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə