"Barselona"da nömrələr dəyişdirildi

"Barselona"da nömrələr dəyişdirildi
XƏBƏR 26 İyul 2013 / 14:37 3590
-  A +

"Barselona"da David Vilya və Erik Abidalın klubdan ayrılmasından sonra forma nömrələrində dəyişiklik olub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, fransalı oyunçunun "Monako"ya getməsi ilə boş qalan 22 nömrəli formanı daha əvvəl 2 nömrə altında çıxış edən Dani Alveş alıb.
 
Komandada ən çox sevdiyi dostunun getməsinin ardından Alveş belə bir qərar verib. 2 nömrəli formanı isə Martin Montoya seçib. Kamerunlu yarımmüdafiəçi Aleks Song isə bundan sonra 17 nömrəli formanı geyəcək. Pedro Rodriqez isə "Atletiko"ya transfer olan David Vilyanın geyindiyi 7 nömrəli formanı alıb.

Qeyd edək ki, gənc futbolçulardan Kristian Telyo isə forma nömrəsini 20 ilə dəyişdirib.

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu