Azərbaycan - Malta oyununun biletləri satışda

XƏBƏR 26 İyul 2013 / 13:31 2090
-  A +

Azərbaycan və Malta milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.

Qol.Az-ın məlumatına görə, "Bakcell Arena"nın kassalarında satılan biletlərin qiyməti, VİP istisna olmaqla, bütün kateqoriyalar üçün 2 AZN, VİP sektorlara isə 10 AZN-dir. Biletlərin bütün kateqoriyalar üçün 2 AZN qiymətinə satılması qeyd olunmuş oyunda millimizi stadionda dəstəkləmək istəyən azarkeşlər üçün hədiyyədir.

Qeyd edək ki, Azərbaycan - Malta oyunu avqustun 14-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə