Con Toşak "Makkabi" biabırçılığını şərh etdi

Con Toşak "Makkabi" biabırçılığını şərh etdi
XƏBƏR 26 İyul 2013 / 01:18 6305
-  A +

"Danışmaq üçün söz tapa bilmirəm. 45 ilə yaxındır futbolun içindəyəm, hələ belə şey görməmişdim. Nəticəyə görə komandanın azarkeşlərindən üzr istəyirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri bunu "Xəzər Lənkəran" klubunun baş məşqçisi Con Toşak "Makkabi" biabırçılığından (0:8) sonra deyib. 
 
Uelsli mütəxəssis stadionda səslənən istefa şüarlarına da münasibət bildirib: "Təbii ki, hesabın belə olmağını mən də istəməzdim. Ola bilsin bəzi futbolçular məni istefaya göndərmək istəyirlər. Ancaq bəlkə də, mən qaldım, həmin futbolçular getdi".


Son xəbərlər
topaz banner