"Makkabi"nin baş məşqçis: "Xəzər Lənkəran" yaxşı komandadır"

"Makkabi"nin baş məşqçis: "Xəzər Lənkəran" yaxşı komandadır"
XƏBƏR 26 İyul 2013 / 00:43 3969
-  A +

"Növbəti mərhələyə, böyük hesabla yüksəldiyimiz üçün çox şadam. Bu qələbəni daha əvvəl çox çalışmağımız sayəsində qazandıq". 

Qol.Az-ın məlumatına görə, bu sözləri "Makkabi" (Hayfa) klubunun baş məşqçisi Arik Benado "Xəzər Lənkəran"la oyundan (8:0) sonra deyib.

Təcrübəli mütəxəssis bu hesabın komandanın gücünü göstərmədiyini bildirib: "Deməzdim ki, nəticə rəqib komandanın gücünü göstərir. "Xəzər Lənkəran" yaxşı komandadır. Sadəcə, bu oyunda biz ələ düşən imkanlardan maksimum yaralandıq. Buna görə, futbolçularıma təşəkkür edirəm".

 


Qarabağ FK
Son xəbərlər
topaz banner