Leroy Corc: "Buna inanırdıq"

Leroy Corc: "Buna inanırdıq"
XƏBƏR 26 İyul 2013 / 00:09 3756
-  A +

"Qarabağ" klubunun hücumçusu Leroy Corc Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Piast"la keçirilən oyundan sonra (2:2) Polşa mətbuatına açıqlama verib.

Qol.Az-ın məlumatına görə, "Piast"la oyunda ilk qolunun müəllifi bu dueldən qalib ayrılacaqlarına inandıqlarını bildirib:

"Bakıda olduğu kimi bu oyun da gərgin alındı. Görüşə yaxşı başladıq. Hesabı açdıq. Lakin sonradan rəqib üstünlüyü ələ keçirdi. Bununla belə, özümüzü itirmədik. Polşaya minimal hesabla da olsa, üstünlüklə gəlmişdik. Şanslarımız 50/50-yə idi. Növbəti mərhələyə yüksələcəyimizə inanırdıq. Buna nail olduğumuz üçün çox şadıq".

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində İsveçin “Qefle” klubu ilə qarşılaşacaq.


Son xəbərlər
topaz banner