"Barselona"dan Tito Vilanovaya dəstək

"Barselona"dan Tito Vilanovaya dəstək
XƏBƏR 26 İyul 2013 / 00:05 2038
-  A +

"Barselona" xəstəliyi səbəbindən klubdan ayrılan sabiq baş məşqçisi Tito Vilanovanın maaşını verməyə davam edəcək.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klub nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

"Barsa" ilə bir illik müqaviləsi qalan Vilanovanın 6 milyon yarım avroluq gəliri ona veriləcək. Bununla da, Kataloniya klubu ispan mütəxəssisin xəstəliyi üçün lazım olan xərclərə köməklik göstərəcək.

Qeyd edək ki, çərşənbə axşamı uğurlu əməliyyat keçirən Vilanova müalicəsini Nyu-Yorkda davam etdirir.


Son xəbərlər
topaz banner