Arda komanda yoldaşına "Qurani Kərim"i öyrədir

Arda komanda yoldaşına "Qurani Kərim"i öyrədir
XƏBƏR 25 İyul 2013 / 14:37 2681
-  A +

Madridin "Atletiko" klubunun futbolçusu Filipe Luis komanda yoldaşı Arda Turan haqqında müsbət fikirlər səsləndirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Ardanın komandanın ən güclü futbolçusu olduğunu deyən müdafiəçi türk futbolçunun çox yaxşı dost olduğunu da bildirib:" O, mənim bu komandadakı ən yaxşı dostumdur. Mən ona  Portuqaliya dilini, o da mən türk dilini öyrədir".

Luis qeyd edib ki, Arda ona yalnız dil öyrətməklə kifayətlənmir: "O, mənə eyni zamanda "Qurani Kərim" haqqında da çox şey öyrədir. Bu, mənim çox xoşuma gəlir. Onun sayəsində çox şey öyrənirəm".


Son xəbərlər
topaz banner