Gürcüstan toplanışını başa vuraraq vətənə qayıdan "Sumqayıt" Futbol Klubu bu gündən etibarən təlim-məşq toplanışının üçüncü mərhələsinə start verəcək.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Aqil Məmmədov hazırlıq mərhələsi ilə bağlı klubun rəsmi saytına açıqlama verib:
"Sumqayıt" Futbol Klubu Premyer Liqanın 2013/14 mövsümünün hazırlığına iyun ayının son həftəsində start verdi. Sumqayıt şəhərində təşkil etdiyimiz hazırlıq mərhələsinin 1-ci hissəsini normal şəkildə başa vurduq. Doğma şəhərimizdə olduğumuz müddətdə iki yoxlama oyunu keçirdik. İlk qarşılaşmada AZAL-la heç-heçə etdiyimiz halda, "Neftçala" üzərində minimal hesablı qələbə qazandıq. Ardınca, iyulun 13-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Gürcüstana yollandıq. Klub rəhbərliyi qonşu ölkədə komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün hər cür şərait yaratmışdı. Gürcüstanda olduğumuz müddətdə gün ərzində iki dəfə olmaqla məşqlərimizi davam etdirdik. Orada həm fiziki, həm də taktiki gedişlər üzərində çalışdıq. Futbolçuların məşqlərdə səylə, ürəklə çalışması məni sevindirən amillərdən idi. Ümumilikdə götürsək, hava şəraiti də bizə normal hazırlıq keçməyimizə yardım etdi. Gürcüstanda olduğumuz müddətdə isə 3 yoxlama oyununda qüvvəmizi sınadıq. İlk oyunda "Mertsxali"ni üstələdik, ardınca Premyer Liqa klubu "Merani Martvili"ni məğlub etdik. Son qarşılaşmada isə "Quriya Lançxuti" ilə heç-heçə oynadıq. Hazırlıq oyunlarında futbolçuları müxtəlif mövqelərdə sınadım. Alternativ variantlar üzərində işlədik".
Aqil Məmmədov həmçinin komandanın gələcək planlarından da danışıb. "Sumqayıt" Futbol Klubunun çempionata təxminən 60-70 faiz hazır olduğunu deyən çalışdırıcı heyətdəki problemlərdən də söz açıb: "İlk öncə qeyd edim ki, komanda Gürcüstana tam heyətlə yollansaydı, daha yaxşı olardı. Amma nə edə bilərik ki, bəzi səbəblərə görə bunu gerçəkləşdirə bilmədik. Gürcüstana 3 qapıçı daxil olmaqla 16 futbolçu ilə yollanmışdıq. Zədəli Samir Abasov və Mirzağa Hüseynpur əməliyyatdan yeni çıxdıqları üçün bizimlə getməmişdilər. Orxan Əliyev və Pərdis Fərcad-Azad isə qonşu ölkədə fərdi məşqlərlə kifayətlənirdi. Biz Gürcüstanda olduğumuz müddətdə rəhbərlik üç əsas futbolçumuz - Ruslan Qurbanov, Slavik Alxasov və Məhəmməd Mirzəbəyovun məsələsini həll etdi. Bu gündən etibarən isə təlim-məşq toplanışının üçüncü mərhələsinə start veririk. Bu mərhələdə daha çox çatışmamazlıqlar üzərində işləyəcəyik. Artıq heyətimiz tam olaraq formalaşıb. Sabahdan etibarən zədəli Samir və Mirzağa yavaş-yavaş komanda ilə birlikdə məşqlərə başlayacaq. Düşünürəm ki, komanda çempionata 60-70 faiz hazırdır. Sabah "Şahdağ"la yoxlama oyunu keçirəcəyik. Bu bizim sonuncu sınaq matçımız olacaq. İnşallah Premyer Liqanın ilk turunda baş tutacaq "Xəzər Lənkəran"la oyuna qədər komandanı hazır vəziyyətə gətirərik".
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı