İstanbul derbisində 3 min polis olacaq

İstanbul derbisində 3 min polis olacaq
XƏBƏR 25 İyul 2013 / 13:52 2029
-  A +

Avqustun 11-də Kayseridə baş tutacaq Türkiyə Superkubokunun final matçında gücləndirilmiş polis rejimi olacaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Kadir Has stadionu"nda baş tutacaq "Qalatasaray" - "Fənərbaxça" matçında 3 min polis iştirak edəcək.

Kayseriya gələn hər iki klubun azarkeşləri bir-bir yoxlanılaraq stadiona buraxılacaq. Polis şübhələndiyi insanların spirtli içki qəbul edib-etmədiyini  müəyyənləşdirəcək. Tribunlarda da polis olacaq.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası (TFF) bu qarşılaşmanın Azərbaycanda keçirilməsi üçün AFFA-ya müraciət etmişdi.  AFFA isə vaxt azlığını əsas gətirərək təklifi qəbul etməmişdi.


Son xəbərlər
topaz banner