UEFA Avropa Liqasının püşkatması zamanı "Simurq"un İsrail təmsilçisi "Bney Yehuda" ilə qarşılaşacağı bəlli olanda çoxumuz tarixi vərəqləyib bu ölkənin futbolu ilə yaxın-uzaq əlaqələri araşdırmağa başladıq. Əslində, İsraillə Azərbaycanı bağlayan çox şey var. Maraqlıdır ki, həm Azərbaycan, həm də İsrail coğrafi cəhətdən Avropa və Asiyanın qovşağında yerləşdiklərindən Transkontinental ölkələr sayılırlar və buna görə də AFFA və İsrail Futbol Federasiyasının (İFF) tabe olduğu beynəlxalq qurum kimi UEFA və ya Asiya Futbol Konfederasiyasını (AFK) seçmələri özlərinin ixtiyarına buraxılmışdı. İlk gündən seçimini edən AFFA-dan fərqli olaraq, İFF yarım əsrə yaxın AFK tabeçiliyində olub, hətta Asiya Kuboku yarışlarında iştirak edərək, bu turnirdə qələbə də qazanıb. Amma 90-cı illərdə AFK-ni UEFA-ya dəyişən İsrail futbolunun inkişafa doğru addımları məhz bu tarixdən başlanıb. Azərbaycanla İsraili birləşdirən daha bir məqam yəhudi ölkəsində çoxlu sayda keçmiş həmvətənlərimizin yaşamasıdır. İndi demək olar ki, İsrailin hər bir nöqtəsində Azərbaycanda doğulub böyümüş insanlar var. Azərbaycan Respublikası ilə İsrail dövlətinin arasında diplomatik münasibətlərin əsası 90-cı illərin əvvəllərində qoyulub və indi daha da inkişaf etməkdədir. Futbol əlaqələrinə gəlincə, burada ənənələrin elə də möhkəm olmadığını görərik. Azərbaycan milli komandası İsrail yığması biri yoldaşlıq, ikisi rəsmi oyun olmaqla, üç matç keçirib və hər üçündə məğlub olub. AÇ-96-nın seçmə mərhələsinin A qrupunda yer alan komandaların hər iki görüşündə yəhudilər 2:0 hesabı ilə qələbə qazanıb. 9 il sonra - 2004-cü ildə Tel-Əvivdə keçirilən yoldaşlıq görüşündə isə meydan sahibləri Azərbaycan komandasının qapısından 6 cavabsız top keçiriblər. Bu 3 qarşılaşmanın özünəməxsus tarixi əhəmiyyəti var. 1994-cü ildə məhz İsrail Futbol Federasiyasının şikayətləri əsasında UEFA Bakıda siyasi durumun sabit olmamasını əsas gətirərək, Azərbaycan yığmasına oyunlarını öz ölkəsində keçirməyi qadağan etmişdi. Bildiyiniz kimi, komandamız rəqiblərini Türkiyənin Trabzon şəhərində qəbul edirdi. Bir neçə il sonra isə Fələstin-İsrail müharibəsinin başlanması ilə bir çox ölkələrin təhlükəsizliyin lazımi qaydada təmin edilməyəcəyindən qorxaraq, "müqəddəs torpağa" ayaq basmaqdan imtina etməsi nəticəsində UEFA anoloji cəzanı İsrailə vermişdi. 3 ilə yaxın bu ölkənin milli və klub komandaları beynəlxalq görüşləri Avropanın müxtəlif şəhərlərində keçirməyə məcbur olmuşdular. 2004-cü ildə UEFA-nın icazəsi ilə İsrail yığması müəyyən fasilədən sonra Tel-Əvivdə beynəlxalq futbol matçının təşkilinə qərar vermiş və dünyanın bir çox komandalarına müraciət etmişdi. Yeganə müsbət cavab verən federasiya isə AFFA olmuşdu. Bizim ölkəmiz israillilərin 10 il əvvəl etdikləri hərəkətlərinin cavabını belə xoşxasiyyətli jestlə cavablandırmışdı. "Bney Yehuda" - "Simurq" qarşılaşması da məhz həmin "Blumfeld" stadionunda baş tutacaq. Hər nə qədər olsa da, İsrail futbolunun bizim könlümüzdə ayrı yeri var. Çünki 1999-cu ilin yayında avrokuboklarda ilk dəfə mərhələ adlayan "Qarabağ"ın rəqibi məhz bu ölkə təmsilçisi - Hayfa "Makkabi"si olmuşdu. Səfərdə rəqibinə 2:1 hesabı ilə üstün gələn ağdamlılar, evdə 0:1 hesablı yenilgiyə rəğmən ikinci mərhələyə adlamağı bacarmışdı. Bundan əlavə, bu ölkənin milli çempionatında müxtəlif vaxtlarda Şahin Diniyev, Samir Ələkbərov, Aleksandr Jidkov və başqa azərbaycanlı futbolçular forma geyiblər.
Mənbə: “Simurq”un rəsmi internet saytı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri