Georgi Adamiya "Xəzər-Lənkəran"a keçdi
Ağasəlim Mircavadovu baş məşqçi postuna gətirən "Xəzər-Lənkəran" mövsümlərarası fasilədə ilk transferini reallaşdırıb. Qol.Az-ın məlumatına görə, cənub təmsilçisi son mövsüm "Bakı"nın heyətində çempion adını qazanan Georgi Adamiya ilə müqavilə imzalayıb. Adamiyanın sözləşməsi qarşıdakı 1 il üçün nəzərdə tutulub.