Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, bütün oyunlar eyni gündə baş tutub.
Azərbaycanlı azarkeşlərin də maraqla izləyəcəyi oyun Çexiyada olub. Çexiyanın “Viktoriya” komandası İstanbul “Fənərbaxça”sını qəbul edib. Bu görüşdə türklər 1:0 hesabı ilə vacib qələbə qazanaraq 1/4 finala çıxmaq yolunda vacib addım atıblar.
Ruslan Abışovun komandası “Rubin” isə İspaniyada “Levante”nin qonağı olub. Milli komandamızın üzvünün adı Avroliqanın iştirak ərizəsinə salınmayıb. Bununla belə bu oyuna da maraq az deyildi. Bu görüşdə hesab açılmayıb.
1/8 finalın mərkəzi oyunu sayılan "Tottenhem" - "İnter" oyununda italyanlar gözləniləmən böyükhesabla (0:3) uduzublar.
Avropa Liqası
1/8 final, ilk oyunlar
7 mart
00:05 “Bazel” (İsveçrə) - “Zenit” (Rusiya) - 2:0
Qollar: Diaz, 83, Frey, 90+4
Qırmızı vərəqə: Neto, 90+3 ("Zenit")
00:05 “”Benfika” (Portuqaliya) - “Bordo” (Fransa) - 1:0
Qol: Rodriqo, 21 (1:0)
00:05 “Levante” (İspaniya) - “Rubin” (Rusiya) - 0:0
Qırmızı vərəqə: Ansaldi, 52 ("Rubin"), Mişel, 54 ("Levante")
00:05 “Tottenhem” (İngiltərə) - “İnter” (İtaliya) - 3:0
Qol: Qaret Beyl, 6 (1:0), Siqurdsson, 19 (2:0), Vertongen, 53 (3:0)
21:00 “Anji” (Rusiya) - “Nyukasl” (İngiltərə) - 0:0
22:00 “Styaua” (Rumıniya) - “Çelsi” (İngiltərə) - 1:0
Qol: Rusesku, 35
22:00 “Viktoriya” (Çexiya) - “Fənərbaxça” (Türkiyə) - 0:1
Qol: Vebo, 81
22:00 “Ştutqart” (Almaniya) - “Latsio” (İtaliya) - 0:2
Qollar: Ederson, 21 (0:1), Onazi, 57 (0:2)
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi