UEFA “Mançester Yunayted”lə “Real” arasında keçirilən Çempionlar Liqasının 1/8 final oyununda türkiyəli hakim Cüneyt Çakırın verdiyi qərarları dəstəklədiyini bəyan edib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, qitə futbol qurumu İngiltərə tərəfinin görüşün 56-cı dəqiqəsində “MY”nin futbolçusu Naniyə göstərilən birbaşa qırmızı vərəqəylə bağlı etirazların əsassız olduğunu bildirib.
UEFA-nın mətbuat xidmətinin rəhbəri bildirib ki, qurumun türkiyəli hakimlə bağlı narahatlığı yoxdur: “Qırmızı vərəqə epizoduna görə hansısa problem olmayacaq”.
Bununla belə, o qeyd edib ki, UEFA nümayəndəsi və hakim-inpektorunun hesabatından sonra məsələ ilə bağlı qəti fikirlərini söyləyəcəklər.
O, Çakırın ÇL-in bundan sonrakı oyunlarından uzaqlaşdırılmasının mümkünlüyü ilə bağlı suala cavabında deyib: "Türkiyəli hakim qarşıdakı oyunları idarə etmək üçün bizim siyahımızda qalır".
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam