"Qalatasaray"ın futbolçusu intihara cəhd edib

"Qalatasaray"ın futbolçusu intihara cəhd edib
DÜNYA FUTBOLU 2 Mart 2013 / 18:10 5190
-  A +

“Qalatasaray”ın sabiq futbolçusu Alper Tezcan intihara cəhd edib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “Qalartasaray”ın UEFA kubokunu qazanan zaman heyətində çıxış etdiyi Alper dərman içərək özünü öldürmək istəyib. Buna səbəb onun işlədiyi futbol məktəbindən icra məmurlarının evini müsadirə etməsi olub.  Hətta onlar keçmiş futbolçunun UEFA kuboku medalını da alıblar. Alper Tezcan son vaxtlar maiyyə problemi ilə üzləşib və UEFA kuboku medalını satmaq istəyib. Lakin “Qalatasaray” rəhbərliyindən ona köməklik olunub və medalı satmağa imkan verməyiblər.

Qeyd edək ki, Alper Tezcan yaxınlarının vaxtında müdaxilə etməsilə ölümdən xilas olub və xəstəxanaya yerləşdirilib. 

Son xəbərlər