“Everton” klubunun yarımmüdafiəçisi Maruane Fellaini son vaxtlarda adının “Çelsi”ilə hallanması xəbərlərinə münasibət bildirib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, futbolçu Çempionlar Liqasında forma geymək istədiyni dilə gətirərək “Çelsi”dən gələcək təklifə razılıq verəcəyini bildirib. “Çelsi”yə getmək istəyirəm. Bu normaldır. Çempionlar liqasında hələ oynamamışam. “Everton” mənim evim olsa da, artıq daha irəliyə getmək istəyirəm”.
25 yaşlı futbolçu hazırkı klubunun onu rahatlıqla başqa kluba buraxmayacağını da deyib: “Əgər böyük bir klub məni istəyirsə,bunun haqqını ödəməlidir”.
Qeyd edək ki, belçikalı futbolçu bu mövsüm “Everton”un heyətində 21 matçda 10 qol vurub.
"Real" 2 futbolçusundan narazıdır
Afrika Kuboku tarixində yeni qol rekordu müəyyənləşdi
Baş məşqçinin oğlu ilə müqavilə 4 illik uzadıldı
Breno Almeyda Azərbaycanda oynayacaq
"Qalatasaray" rəsmisindən gözlənilməz davranış - "Ayıbdır"
"Sumqayıt" heyətini millinin futbolçusu ilə gücləndirdi
"Ayaks"ın baş məşqçisi London klubunu çalışdıracaq
Sabiq "Neftçi"li Qırğızıstan klubunda
Mbappe zədəsini sağaltdı
"Eyüpspor"dan ayrılan kimi yeni komanda tapdı
Milli uduzdu, federasiyanın prezidenti cəzalandırıldı
"Şəfa" Amil Yunanovla yollarını ayırdı
PSJ "Çelsi"nin yarımmüdafiəçisinə göz dikdi
AFFA rəsmiləri Türkiyədə səfərdə olublar
Belhanda klubunu dəyişdi
"Qarabağ" - "Ayntraxt" matçının biletləri satışa çıxır