Ronaldo: “Karyeramı bitirdikdən sonra...”

Ronaldo: “Karyeramı bitirdikdən sonra...”
DÜNYA FUTBOLU 23 Fevral 2013 / 12:27 4106
-  A +

Madrid “Real”ının hücumçusu Kriştiano Ronaldo haqqındakı tənqidlərə münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu cür halları normal qəbul etdiyini söyləyib: “Real” dünyanın ən güclü klublarından biridir. Buna görə də insanlar bizdən daha yaxşısını gözləyirlər. Tənqidlər futbolun bir parçasıdır”.

Çempionlar Liqası 1/8 final mərhələsinin “Mançester Yunayted”lə cavab oyun ərəfəsi keçmiş baş məşqçisi ALeks Fergüsson haqqında danışan portuqaliyalı futbolçu deyib: “Fergüssona minnətdaram. O, çox yaxşı bir məşqçi olmaqla yanaşı, həm də gözəl bir insandır”.

Ronaldo həmçinin futbolçu karyerasını bitirdikdən sonra da futbol dünyasında qalmaq istədiyini söyləyib.


Qarabağ FK
Son xəbərlər
topaz banner