“Böyük ehtimalla Avropa Liqasınını pley-off mərhələsinin “Apoel” - “Neftçi” matçı canlı yayınlanmayacaq”.
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun Qol.Az-a verdiyi məlumata görə, buna səbəb telekanallarımızın oyuna maraq göstərməməsidir: “Jurnalistlər bu məsələ ilə bağlı “Neftçi” klubuna üz tuturlar. Halbuki sual birbaşa bizim telekanallara ünvanlanmalıdır. Niyə axı, telekanallarımız bu oyuna biganə yanaşırlar? Axı, “Neftçi” bütün Azərbaycanı təmsil edir, nə qədər insan bu oyunu canlı izləmək istəyir”.
T.Süleymanov məsələnin maddi amillərlə bağlı olduğuna inanmır: “Əgər pul tələb olunursa belə, məbləğin az, ya çox olduğunu öyrənmək üçün ilk növbədə müraciət edilməlidir. Biz “Apoel”lə əlaqə saxladıq və bizə məlumat verildi ki, oyunun yayın hüququ LTV PLS telekanalına məxsusdur. Onlar da bildirdilər ki, Azərbaycan telekanalı oyunu canlı göstərmək istəyirsa, müraciət etməlidirlər. Amma bizim telekanallar bu məsələylə, ümumiyyətlə, heç maraqlanmayıblar. Hələ bir maraqlansınlar, bəlkə telekanal oyunu pulsuz verəcək”.
Klub rəsmisi “Neftçi” rəhbərliyinin məsələ ilə bağlı bacardıqları köməyi etməyə hazır olduğunu bildirib: “Bakıdakı oyunun yayımını bir qəpiksiz təşkil etdik. Yenə də əlimizdən gələn köməyi etməyə hazırıq. Dediyim kimi, Cənubi Kiprlə danışmışıq və oyunu yayınlayan telekanal da bildirib ki, Azərbaycan telekanalları onlara müraciət etməlidir. Ancaq müraciət edən, maraqlanan yoxdur. Telekanallarımızın bu hərəkəti bütün Azərbaycan futboluna qarşı hörmətsizlikdir. Hamısı gözləyir ki, “Neftçi” gedib telekanalla danışıq aparıb yayını həll etsin. Başa düşmürəm, biz oyuna hazırlaşaq, yoxsa telekanallarla danışıq aparaq?”.
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq