“Neftçi” UEFA-dan təhlükəsizliyə zəmanət istədi

“Neftçi” UEFA-dan təhlükəsizliyə zəmanət istədi
ÖLKƏ FUTBOLU 28 Avqust 2012 / 17:23 3221
-  A +

Avqustun 30-da Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində səfərdə APOEL-lə qarşılaşacaq “Neftçi” mümkün təxribatların qarşısını almaq üçün UEFA-ya xüsusi məktub göndərib.
 
Bu haqda Qol.Az-a açıqlamasında paytaxt klubunun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.

Onun sözlərinə görə, məktubda “Neftçi”nin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması xahiş olunub: “Məktubda eyni zamanda 1995-ci ildə yaşanan xoşagəlməz olay da öz əksini tapıb. UEFA-dan xahiş etdik ki, komandamızın təhlükəsizliyinin yüksək səviyyə təmin olunmasını diqqətdə saxlasın. İnanırıq ki, bu dəfə hansısa xoşagəlməz olay yaşanmayacaq. APOEL-in prezidenti özü də bununla bağlı bizə söz verib”.

Qeyd edək ki, APOEL-“Neftçi” matçı avqustun 30-da, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?