“Socar Georgiya”nın prezidenti Mahir Məmmədov Qol.Az-ın Gürcüstana ezam olunmuş müxbirinə müsahibə verib.
- “Zestafoni”-“Neftçi”matçını canlı olaraq stadiondan izlədiniz. Komandamız necə təsir bağışladı?
- Komandamızın qələbəsinə inanırdıq. Amma bilirdik ki, çətin olacaq. İlk dəqiqələr heç də biz istəyən tempdə start götürmədi və “Neftçi” hesabda 0:2 geri düşdü. Bundan sonra ən çox ehtiyat etdiyimiz şey komandamızın çaşqınlığı idi. Yaxşı ki, futbolçularımız tez zamanda özlərini toparlayıb oyuna nəzarəti ələ almağı bacardılar. İkinci hissə tamamilə bizim üstünlüyümüz şəraitində keçdi, topla gözəl rəftar edirdik. Hətta mən hiss elədim ki, “Neftçi”nin topla davranışı gürcü azarkeşlərin də xoşuna gəldi.
- “Neftçi”nin oyun tərzi sizə hansı komandanı xatırlatdı?
- İspaniya millisini. Oyuna baxanlar da bu elementləri gördü. Bu mənada mənim fikrimcə, “Neftçi” İspaniya millisi kimi oynadı. Yeri gəlmişkən, rəhbərlik etdiyim qurum həm də Gürcüstan Futbol Federasiyasının baş sponsorudur. Hiss edirdim ki, məhz mənə qarşı nəzərlər və diqqətlər fərqli idi ki, özümü necə aparacağam. Ancaq fakt odur ki, biz azərbaycanlıyıq və “Neftçi”nin qələbəsini arzulayırıq. Azarkeşlərimizi də özünüz gördünüz. Həm SOCAR-da çalışanlar, həm də Gürcüstanda yaşayan azərbaycanlılar “Zestafoni” ilə oyunda komandamızı sona qədər dəstəklədilər. Bakıdan gələn azarkeşlər də komandamızı layiqincə dəstəklədilər. Şükür Allaha ki, hər şey bizim üçün yaxşı qurtardı.
- Neçə ildir Gürcüstan futbolunun içindəsiniz. Bu iki ölkənin futbolunu müqayisə etdikdə hansı fərqi görürsünüz?
- Təbii ki, Azərbaycanın klub futbolu daha üstündür və son illər nümayiş etdirilən oyunla da bunu sübut edirik. “Neftçi” də bunu bir daha sübut etdi. Yığma komandalar səviyyəsinə gəlincə, burada artıq fikirlər müxtəlifdir.
- Necə düşünürsünüz, “Neftçi” “Hapoel” səddini də keçə biləcək?
- Əlbəttə. Ümumiyyətlə, mənim xarakterim belədir ki, Azərbaycan klubu və millisi kiminlə oynayır-oynasın, öz komandamıza inanıram. İstərdim ki, azarkeşlərimiz də bu cür olsunlar və həmişə komandamızın qələbəsinə inansınlar. Bu mənada düşünürəm ki, “Hapoel” səddi də keçiləcək səddi.
- Azarkeşlərimiz Azərbaycan çempionundan ən azı Avropa Liqasının qrupunda oynamağı gözləyir.
- Bu, hamımızın arzusudur.
Anar XANLAROV
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa