«Neftçi» bu gün Çempionlar Liqasında «Zestafoni»yə qarşı keçiriləcən görüşün canlı yayımlanmamasından təəssüfləndiyini ifadə edib.
Klubun vitse-prezidenti Tahir Süleymanov Qol.Az saytının müxbiri ilə söhbətində bildirib ki, bir qədər əvvəl UEFA nümayəndələri, «Neftçi» və «Zestafoni»nin rəsmilərinin iştirakı ilə toplantı keçirilib: «Həmin toplantıda məlum oldu ki, oyun heç Gürcüstan ərazisində də yayımlanmayacaq. Təəssüf ki, «Zestafoni» görüşün birbaşa göstərilməsində maraqlı deyil. Bu isə heç bir məntiqə sığmır. Oyun canlı yayımlanmayacağı üçün biz UEFA nümayəndələrindən matçda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini istədik. Çünki oyun televiziyada göstərilməyəcəyindən matça ictimai nəzarət olmayacaq».
«Neftçi» oyunun gedişatı zamanı hansısa təxribat gözləyirmi» sualına T.Süleymanovun cavabı belə olub: «Təxribat gözləmirik. Sadəcə, UEFA nümayəndəsindən xahiş etdik ki, təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunsun. Çünki burada azarkeşlər tərəfindən oyuna maraq böyükdür. Bizdə olan məlumata görə, biletlərin hamısı satılıb. Azərbaycandan da matça xeyli azarkeş gəlib, eləcə də Gürcüstanda yaşayan bir qrup soydaşımız da bizə dəstək verəcək. Təəssüf ki, «Zestafoni»nin oyunu həttə Gürcüstanda göstərmək istəməməsi müəyyən suallar yaradır. Ona görə də biz təhlükəsizliyin daha yaxşı səviyyədə qurulmasını istəyirik».
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu