"Bakıda ilk oyunu çox pis keçirdik. Təəssüf ki, rəqibə 0:3 hesabı ilə məğlub olduq. Təbii ki, buna görə üzgünük. Səfərdə bizdə heç nə alınmadı. Ancaq evdə daha yaxşı oynamalıyıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Zestafoni" klubunun baş məşqçisi Giorgi Çiaberaşvili "Neftçi" ilə oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis komandasının "Neftçi"dən daha güclü olduğunu iddia edib: "Ümid edirəm ki, bu axşamkı oyunda azarkeşlərimiz bizi tənqid etməyəcək, əksinə dəstəkləyəcəklər. Biz hər zaman azarkeşlərimiz qarşısında yaxşı oynamışıq. Düşünürəm ki, bu axşam da birlikdə uğur əldə edə bilərik. Buna görə də axşamkı oyunu səbirsizliklə gözləyirik.
Rəqibə gəldikdə isə "Neftçi" çox yaxşı komandadır. Onların heyətində Cavid İmamverdiyevi çox bəyənirəm. Gənc və istedadlı futbolçudur. Lakin komanda şəklində dəyərləndirsəm "Zestafoni" "Neftçi"dən daha güclüdür. Komandam uzun müddət bir yerdə oynayan futbolçulardan təşkil olunub.
Bu axşam "Neftçi"yə qarşı hücum və aqressiv futbol oynayacağıq. Hətta düşünürəm ki, bu görüşdə va-banka da getmək lazım olacaq. Çünki biz "Neftçi"ni böyük hesabla məğlub etməliyik. Bizim başqa çıxış yolumuz yoxdu. Əsas hədəfimiz növbəti mərhələyə adlamaqdır. Digər məqsədlər bizim üçün məqbul deyil".
Qeyd edək ki, "Zestafoni" - "Neftçi" matçı bu axşam Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüş isə 3:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu