Milli Məclisin deputatı, yazıçı Aqil Abbas «Qarabağ» komandasının Ağdamın Quzanlı qəsəbəsində oynamaq istəməməsi ilə bağlı qərarına münasibət bildirib.
Qeyd edək ki, «Qarabağ» növbəti mövsümdən ev oyunlarını Bakının Suraxanı qəsəbəsi stadionunda keçirəcəyini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, bu gün İctimai Televiziyada Ağdamın işğalının 19-cu ildönümü ilə bağlı təşkil olunan verilişə qatılan Aqil Abbas «Qarabağ»ın Quzanlıda oynamaq istəməməsinə etiraz edib.
«Bu, klubun qəsdən etdiyi siyasətdir ki, «Qarabağ» cəbhə bölgəsinə getməsin. Bu komandanı işğal ediblər. «Qarabağ» komandası yol yorğunluğunu bəhanə gətirir. Necə olur ki, «Xəzər Lənkəran» ev oyunlarını Lənkəranda keçirir, səfər görüşləri üçün Tovuza, Gəncəyə gedə bilir, amma eyni şeyi «Qarabağ» Quzanlıda oynaya-oynaya etmir. Onlar Quzanlıya piyada getmirlər ki, maşınla gedirlər. Quzanlıda camaatın yeganə ümid yeri «Qarabağ» komandasıdır. Klub da deyir ki, mən ora getmirəm» - deyə Aqil Abbas bildirib.
Millət vəkili bu problemi Milli Məclisin iclaslarından birində müzakirəyə çıxaracağını da deyib.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər