"Lex"in baş məşqçisi: "Xəzər Lənkəran"ın bəxti gətirdi"

"Lex"in baş məşqçisi: "Xəzər Lənkəran"ın bəxti gətirdi"
ÖLKƏ FUTBOLU 19 İyul 2012 / 22:36 3380
-  A +

“Oyunun belə çətin keçəcəyini gözləyirdik. “Xəzər Lənkəran” güclü komandadır. Təkrar qarşılaşma olacaq. Həmkarım Yunis Hüseynov növbəti mərhələyə vəsiqə qazanacağından əminliyini söylədi. Bu, onun şəxsi fikridir. Mən isə düşünürəm ki, hər iki komanda üçün çox ağır olacaq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Avroliqanın ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la ilk oyunundan sonra (1:1) Polşanın "Lex" klubunun baş məşqçisi Marius Rumak deyib.

Polşalı mütəxəssis bugünkü matçda “Xəzər Lənkəran”ın bəxtinin gətirdiyini bildirib: “Əgər statistikaya baxsaq, görərik ki, rəqibin bəxti gətirdi. Bizim real qol epizodlarımız daha çox oldu. "Lex"in hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır”.

Rumak cavab qarşılaşmasında “Xəzər Lənkəran”ın güclü azarkeş təzyiqi ilə üzləşəcəyini vurğulayıb:

“Bizim azarkeşlərimiz Avropada sayılıb-seçilən fanatlardır. Zənnimcə, cavab qarşılaşmasında Lənkəran stadionundan iki dəfə çox azarkeş ordusu bizi dəstəkləyəcək”.

Daha çox


Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə