Tərlan Əhmədov: "Gürcüstanda bizi çətin oyun gözləyir"

Tərlan Əhmədov: "Gürcüstanda bizi çətin oyun gözləyir"
ÖLKƏ FUTBOLU 17 İyul 2012 / 23:57 2658
-  A +

“Bugünkü qalibiyyəti baş məşqçimiz Böyükağa Hacıyevə həsr edirik. Ümid edirik ki, o, tezliklə aramıza qayıdacaq. Qələbə qazanmağımıza baxmayaraq, komandada müəyyən çatışmayan cəhətlərimiz var idi. Bütün bunları analiz edəcəyik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” klubunun məşqçisi Tərlan Əhmədov “Zestafoni” ilə oyunsonrası mətbuat konfransında deyib.

O komandanın bəzi üzvlərinin həyəcanlı olduqları üçün tam istədikləri şəkildə oynaya bilmədiyini bildirib: “Yeni futbolçularımız isə adaptasiya dövrünü çox yaxşı keçdilər. Bəzən elə səviyyəli oyunçular olur ki, qısa müddətdə komandaya uyğunlaşa bilmirlər. Şükürlər olsun ki, bizdə belə problem yaşanmadı”.

Tərlan Əhmədov bir həftə sonra Gürcüstanda keçirləcək cavab qarşılaşmasında onları ağır oyunun gözlədiyini deyib:

"Böyükhesablı qələbə qazanmağımıza baxmayaraq, bizi orda çətin qarşılaşma gözləyir. “Zestafoni" bu gün yaxşı oynaya bilmədi. Onlar əsasən cinahlardan təhlükəli olurlar. Biz isə bu gün onların cinahlarını bağlaya bilmişdik. Bununla belə, yenə də qapımız qarşısında bəzi təhlükəli epizodları oldu”.

Gənc mütəxəssis komandasının çilili yeni transferi Nikolas Kanales haqda fikirlərini bildirib: “Kanales çox ziyalı futbolçudur. O digərlərindən fərqlənir. Əslində bu xasiyyət futbolçuda olmamalıdır. Biz Cavid İmamverdiyevi onun yanında ikinci hücumçu kimi oynatdıq. Bu taktiki gediş isə özünü doğrultdu”.

Son xəbərlər
05.07.24  19:54

"Bazel"dən "Çelsi"yə