AZAL-ın serbiyalı sabiq futbolçusu, hazırda karyerasını başa vurmuş Draqan Mandiç Qol.Az-a müsahibə verib
- Hazırda nə işlə məşğulsan?
- Futbolçu karyeramı artıq başa vurmuşam. Futbol məktəbi açmışam və balaca uşaqlara bu idman növünün sirlərini öyrədirəm. Bununla bərabər futbol agenti kimi də çalışıram.
- Azərbaycan Premyer Liqasını və AZAL-ın oyunlarını izləyirsən?
- Əlbəttə, hər gün oradakı son durumdan xəbər tuturam. AZAL-ın bütün oyunlarının hesabını öyrənirəm. Ancaq mən sizə bir söz deyim, nə qədər ki, AZAL-da çalışan bəzi insalar dəyişməyəcək, bu komanda heç vaxt nəticə verməyəcək. Çünki həmin insanlar AZAL-ı yox, ancaq pulu sevirlər. Onlar AZAL-a ancaq bank gözü ilə baxırlar. Oradan pulu götürsünlər və öz ciblərinə qoysunlar.
- Neçə il Azərbaycanda futbol oynadın və bu ölkə yaddaşında necə qaldı?
- Bildiyiniz kimi, AZAL-dan əvvəl komandanın adı “Olimpik” olub və mən də məhz həmin vaxt bu kluba gəlmişdim. 5 il o komandanın şərəfini qorudum. Yaxşı oyunlar da oldu, utancverici oyunlar da. Çünki orada bəzi maxinasiyalar olurdu ki, bu da futbolçulara psixoloji cəhətdən pis təsir edirdi. Məsələn, futbolçulardan pul yığırdılar, sonra da deyirdilər ki, kimsə oyunu satıb. Necə deyərlər, futbolçuları təhqir edirdilər. Bununla belə, bir çox yaxşı insanla da tanış oldum.
- Oynadığın müddətdə 3 məşqçi ilə işlədin - Əsgər Abdullayev, Nazim Süleymanov və Elxan Abdullayev. Onların içərisində ən güclü hansını hesab edirsən və hansı ilə işləmək daha xoş idi?
- Nazim Süleymanovla işləmək mənim üçün çox xoş idi. O məşqçi kimi çox güclü idi və praktiki, taktiki cəhətdən çox şey bilirdi. Ancaq AZAL-da onun bəxti gətirmədi. Çünki rəhbərlik işləməyə imkan vermirdi, həmişə ona mane olurdu. Əsgər Abdullayev də həmçinin yaxşı məşqçi idi.
- Ən uğurlu oyunun hansını hesab edirsən?
- “İnter”lə “Şəfa”da keçirdiyimiz oyun.
- Bəs ən uğursuz?
- Ən uğursuz oyun da elə “Şəfa”da olub. “Qarabağ”a məğlub olaraq, çempionluğu əldən verdiyimiz oyunu ən uğursuz hesab edirəm.
- Sənin üçün Azərbaycanın ən güclü futbolçusu kim idi?
- Mahmud Qurbanov. Legionerlərdən isə Petar Zlatinov.
- Hazırda Azərbaycanla əlaqən var?
- Əlbəttə. Az öncə dediyim kimi, orada çoxlu dostlarım yaşayır. Hətta eləsi var hər gün zəngəlşirik. Baxmayın, 5 il az müddət deyil və bu müddətdə mən Azərbaycanda yaşamışam. Səmədağa Şıxlarov ən yaxın dostlarımdan biri olub.
- Azərbaycan klublarının bu mövsüm avrokuboklardakı şanslarını necə dəyərləndirərdin?
- Azərbaycan klublarının daha böyük nəticələr qazanmaq üçün imkanları, şansları var. Sadəcə özlərini yaxşı tərəfdən göstərməlidilər. Mən bütün komandalara ancaq və ancaq uğurlar arzulayıram.
- Yeri gəlmişkən, dostun Branimir Subaşiç artıq iki qol vurub...
- Subaşiç həm yaxşı futbolçu, həm də yaxşı insandı. Eyni zamanda əsl peşəkardı.
Anar XANLAROV
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?