“Xəzər Lənkəran” azarkeşləri Yunis Hüseynova ləqəb qoydu

“Xəzər Lənkəran” azarkeşləri Yunis Hüseynova ləqəb qoydu
ÖLKƏ FUTBOLU 12 İyul 2012 / 13:52 5843
-  A +

“Xəzər Lənkəran” azarkeşləri “Nomme Kalyu” səddini keçərək kluba tarixində ilk avrokubok qələbəsi qazandıran baş məşqçi Yunis Hüseynova ləqəb qoyub.

Qol.Az-ın əldə etdiyi məlumata görə, "Xan Lənkəran" azarkeş klubu Hüseynova "Xilaskar”  ləqəbini verib. Buna səbəb isə qeyd etdiyimiz kimi, Hüseynovun Estoniyada qazandığı tarixi qələbədir. 

Xatırladaq ki, "Xəzər Lənkəran" 2004-cü ildən bu yana heç bir məşqçinin dövründə avrokuboklarda mərhələ adlaya bilməmişdi. Mərhələ bir yana, heç qələbə qazana bilməmişdi. “Xan Lənkəran” da "Xəzər Lənkəran"ı məhz bu sindromdan xilas etdiyinə görə,  baş məşqçilərinə bu ləqəbi vermək qərarına gəliblər. Ləqəb artıq əksər azarkeşlərin dilindən düşmür.

Qeyd edək ki, “Xəzər Lənkəran” azarkeşləri daha öncə Ruslan Ablışova “dollar oğlan” ləqəbi qoymuşdular.

Son xəbərlər
05.07.24  19:54

"Bazel"dən "Çelsi"yə