Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, baş tutan 4 cavab qarşılaşmasından sonra kubokun yarımfinalçıları müəyyənləşib.
Bu mərhələnin ilk cavab matçı isə Quzanlı qəsəbə stadionunda baş tutub. Burada yerli "Qarabağ" klubu Qəbələnin eyniadlı komandasını qəbul edib. Səfərdə rəqibi ilə 2:2 hesablı bərabərə qalan Ağdam təmsilçisi doğma azarkeşləri qarşısında qələbə qazanmağa çalışacaqdı. Lakin bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyun elə başladığı kimi də başa çatıb - 0:0.
İlk "altılıq"dan kənarda qalmaqla bütün diqqətini ölkə kubokuna yönəldən paytaxtın AZAL klubu isə öz meydanında "Bakı"nı qəbul edib. İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən "Bakı" bu üstünlüyünü qorumağa çalışacaqdı. Lakin bu görüşdə də qələbə qazanan "zolaqlılar" adını yarımfinala yazıdırıb. "Bakı" bu mərhələdə isə "Qarabağ"la qarşılaşacaq.
Unibank Premyer Liqasının vahi lideri olan "Neftçi" klubu ölkə kubokunda da inamla irəliləyir. Gəncədə keçirilən ilk görüşdə "Kəpəz"i 2:1 hesabı ilə məğlub edən "ağ-qaralar" eyni uğuru bu dəfə dorma meydanda təkrarlamağa çalışacaqdı. Lakin bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar - 1:1. Bu nəticə sayəsində "Neftçi" də yarımfinala yüksəlib.
Günün mərkəzi qarşılaşması isə Lənkəranda baş tutub. Burada yerli "Xəzər Lənkəran" klubu paytaxtın "İnter" komandasını sınağa çəkib. Səfərdə rəqibinə 2:3 hesabı ilə uduzan "Xəzər Lənkəran" doğma azarkeşləri önündə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin bu görüşdə qalib müəyyənləşməyib - 1:1. "İnter" ilk görüşdəki üstünlüyünü qorumaqla növbəti mərhələyə adlayıb.
28 mart (çərşənbə)
Azərbaycan kuboku, 1/4 final mərhələsinin cavab görüşləri
18:00. "Xəzər Lənkəran" - "İnter" (ilk oyun - 2:3) - 1:1
Qollar: Baçana Sxadadze, 29 (0:1), Randal Brenes, 82 (1:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, İlham Əliyev, Elvin Əsgərov
Lənkəran şəhər stadionu.
“Xəzər Lənkəran”: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 8. Eder Bonfim, 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov, 30. Rendal Brenes, 81. Rikardo Qomes
“İnter”: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Chrappan, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze
15:00. "Qarabağ" - "Qəbələ" (ilk oyun - 2:2) - 0:0
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Yaşar Abbasov, İnqilab Məmmədov
Quzanlı qəsəbə stadionu.
“Qarabağ”: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya
“Qəbələ”: 12. Pavels Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Burton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Dodo
16:00. AZAL - "Bakı" (ilk oyun - 1:3) - 1:2
Qollar: Xavier Junior, 5 (0:1), Orxan Səfiyaroğlu, 52 (1:1), Xavier Junior, 85 (1:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Ramiz Əsədov, Anar Salmanov
"AZAL Arena" stadionu
16:00. "Neftçi" - "Kəpəz" (ilk oyun - 2:1) - 1:1
Qollar: Yuri Fomenko, 33 (0:1), Bahadır Nəsimov, 49 (1:1)
Qırmızı vərəqə: Mirhüseyn Seyidov ("Neftçi"), Əli İsmayılov ("Kəpəz"), 78
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Azər Əsgərov, Vüsal Əliyev
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
“Neftçi”: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 14. Bahadır Nəsimov, 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev (k), 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə
“Kəpəz”: 88. Elşən Poladov, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 27. Pərvin Paşayev, 17. Renat Sultanov, 8. Armand Feutchine, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 30. Yuri Fomenko
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi
Fenomenə çevrilən dünyanın ən gənc futbol şərhçisi - Video
Salah üzr istəyib
Sabiq “Qarabağ”lı indi Rusiyada ən zəif qapıçıdır
Dortmund “Borussiya”sından qələbə
İtaliya Superkubokunda ikinci finalçı müəyyənləşdi
Rüfət Abdullazadənin komandası yenə uduzdu
Superliqada 17-ci tur start götürüb
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video