Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, bu mərhələnin bütün görüşləri eyni gündə baş tutub.
Qəbələdə şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edib. "İlk altılığ"a yaxşı başlayan hər iki komandanın dueli böyük maraq doğururdu. Bu görüşdə "Qəbələ" iki dəfə hesabda irəli çıxsa da, Ağdam təmsilçisi cavab qolunu vurmağa müvəffəq olub. Bununla da, Qəbələdə qollu heç-heçə qeydə alınıb - 2:2.
Unibank Premyer Liqasının hazırki lideri "Neftçi" isə kubokda da inamla irəliləmək niyyətindədir. Bu mərhələdə isə "Neftçi" olduqca çətin səfər gözləyirdi. Gəncədə "Kəpəz"in qonağı olacaq Böyükağa Hacıyevin komandası səfərdən qələbə ilə ayrlıb - 2:1.
Bu mövsüm heç də özünə bənzəməyən "Bakı" isə doğma azarkeşləri önündə AZAL-ı qəbul edib. Artıq Unibank Premyer Liqasında turlar irəlilədikcə çempion olmaq şansını itirən "zolaqlılar" əsas ümidini kuboka bağlayıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən "Bakı" cavab qarşılaşması öncəsi böyük üstünlük qazanıb.
Bu mərhələnin mərkəzi qarşılaşması isə "Şəfa" stadionunda keçirilib. Burada yerli "İnter" klubu "Xəzər Lənkəran"ı sınağa çəkib. Ötən mövsüm kubokun finalında üz-üzə gələn komandaların bu dəfəki dueli böyük maraqla gözlənilirdi. Finalda penaltilər seriyasında "Xəzər Lənkəran"a uduzan "İnter" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Gərgin keçən matç 3:2 hesabı ilə "İnter"in qələbəsi ilə başa çatıb.
14 mart (çərşənbə)
Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları
16:00. "İnter" - "Xəzər Lənkəran" - 3:2
Qollar: Nizami Hacıyev, 39 (1:0), Elnur Abdullayev, 47 (1:1), Rendal Brenes, 57 (1:2), Enyo Krastovçev, 78 (2:2), Girtz Karlsons, 87-pen (3:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
"Şəfa" stadionu.
“İnter”: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 20. Girts Karlsons, 22. Peter Chrappan, 25. İbrahima Niasse
“Xəzər Lənkəran”: 85. Kamal Bayramov, 3. Elvin Beqiri, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev (k), 11. Andrei Mureşan, 16. Adrian Pit, 22. Semedo Antonio, 30. Rendal Brenes, 33. Stevan Bates, 81. Rikardo Qomes
14:00. "Qəbələ" - "Qarabağ" - 2:2
Qollar: Viktor Mendi, 41 (1:0), Rauf Əliyev, 46 (1:1), Dodo, 65 (2:1), Muarem Muarem, 90 (2:2)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, İnqilab Məmmədov
"Qəbələ": 12. Pavels Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Barton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Luiz Paulo Hillario
"Qarabağ": 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 6. Rəşad Sadiqov (k) (Muarem Muarem, 76), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov (Vüqar Nadirov, 69), 24. Admir Teli, 25. Ansi Aqolli,
70. Vaqif Cavadov
14:00. "Kəpəz" - "Neftçi" - 1:2
Qollar: Denis Silva, 28 (0:1), Elşən Abdullayev, 84 (0:2), Yuri Fomenko, 87 (1:2)
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, İlham Əliyev, Fuad Həsənov
“Kəpəz”: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 2. Nail Məmmədov, 9. Ceyhun Əhmədov, 18. Nikolay Svejentsev, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 23. Junivan Suares
“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 11. Cavid Hüseynov, 14. Bahadır Nəsimov,
15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev
15:00. "Bakı" - AZAL - 3:1
Qollar: Aleksandar Soliç, 27 (1:0), Deividas Çesnauskis, 59 (2:0), koke, 63 (3:0), Şəhriyar Rəhimov, 68 (3:1)
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Yaşar Abbasov, Elçin Məmmədov
“Bakı”: 1. Marko Şarliya, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis, 8. Junior Xavier Vilson, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 77. Aleksandar Soliç, 98. Koke
AZAL: 12. Cahangir Həsənzadə, 2. Petrov Robert, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi, 13. Şəhriyar Rəhimov, 15. Boghiu Georgi, 9. Elşən Məmmədov, 16. Arsenijeviç Bronislav, 17. İqbekoyi Viktor
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"