“Neftçi” klubunun hücumçusu Bahadır Nəsimovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın son turunda səfərdə “Qəbələ”yə 1:4 hesabıyla məğlub olduğunuz. Bu görüş haqda nə deyə bilərsən?
- Həmin gün rəqib ən yaxşı oyunlarından birini keçirdi. Onlar standart vəziyyətlərdən maksimum istifadə edərək qapımıza iki qol vurdular. Birinci hissədə “Qəbələ”nin hündürboy müdafiəçisi Luba Baranin başla əla oynayırdı. Elə qolların birinin də ötürməsini Baranin verdi. İkinci yarıda üstünlük bizim tərəfimizdə idi. Lakin nəticədə məğlub olduq. Nədənsə, oyunumuz istədiyimiz kimi alınmadı. Çox çalışsaq da, məğlubiyyətdən qaça bilmədik.
- Sən özün belə böyük hesabla məğlub olacağınızı gözləyirdin?
- Əlbəttə ki, yox. Biz hər oyunda meydana qələbə üçün çıxırıq. Ancaq “Qəbələ”nin qapımıza 4 top vuracağını ağlıma belə gətirmirdim. Hərçənd unutmayaq ki, futbolda istənilən komanda istənilən nəticəylə üzləşə bilər. Elə futbolun da qəribəliyi bundadır. Artıq biz həmin məğlubiyyəti unutmalı və növbəti qarşılaşmaya köklənməliyik.
- Oyunda 0:2 hesabıyla geridə olduğunuz vaxt, gözəl qola imza ataraq, fərqi minumuma endirdin. Qol vurduqdan sonra nəyə ümid etdin?
- Nəticəni öz xeyrimizə dəyişəcəyimizə. Hətta oyunda diqtə edən tərəf biz olduq. Ən azı həmin qarşılaşmadan heç-heçəylə ayrılacağımızı düşündüm. Lakin “Qəbələ” üçüncü topu qapımızdan keçirdikdən sonra məğlubiyyətin qaçılmaz olduğunu hiss etdim.
- Vurduğun qolu nəzərə almasaq, rəqibin müdafiəçilərinin sənə göz açmağa imkan verməməsi fikriylə razısan?
- Onların müdafiəçiləri fiziki baxımdan çox güclü idi. Lakin mən təkcə müdafiəçilərin deyil, rəqib komandanın ümumilikdə yaxşı oynadığını deyərdim. Düzdü, bizim də qol vurmaq üçün xeyli şansımız oldu. Ancaq ələ düşən imkanları dəyərləndirə bilmədik.
- Oyun zamanı “Qəbələ”nin futbolçusu Mahir Şükürovla aranızda niyə mübahisə düşdü?
- Elə böyük bir şey olmadı. Futbolda belə şeylər tez-tez yaranır. Mahir Şükürov mənə yaxınlaşıb “kobud oynayırsan, niyə məni itələyirsən” kimi sözlər dedi. Mübahisə zamanı heç bir qeyri-etik sözlərə yol vermədik. Ola bilər ki, uduzduğumuz üçün bir qədər əsəbiydim. Çünki mən məğlub olmağı sevməyən bir insanam. Lakin indi hər şey qaydasındadır. Oyundan sonra bir-birimizə əl verərək barışdıq. Oyun zamanı hər şey olur.
- Yeri gəlmişkən, “Qəbələ”yə məğlubiyyətdən sonra turnir cədvəlində ən yaxın izləyiciniz “İnter”lə xal fərqiniz birə endi.
- Bəli, bu, çox təhlükəli bir vəziyyətdir. Ona görə də qarşıdakı oyunlarda yalnız qələbə qazanmalıyıq. Bizə xal itirmək olmaz. İnşallah, növbəti qarşılaşmalarda qələbə qazanaraq, “İnter”lə xal fərqini daha da artırmağa çalışacağıq. Bir şey demək istəyirəm ki, may ayında kimin çempion olacağını görəcəksiniz.
- Sabah ölkə kuboku çərçivəsində səfərdə “Kəpəz”in qonağı olacaqsınız. Rəqibiniz haqda nə düşünürsən?
- İlk növbədə Gəncə təmsilçisinin yaxşı komanda olduğunu deyə bilərəm. Xüsusən də doğma meydanda daha inamlı təsir bağışlayırlar. “Qəbələ” kimi komandanı evdə məğlub etməyi bacarıblar. Çempionatın ən iddialı komandalarında olan “İnter” çox çətinliklə “Kəpəz”i məğlub etdi. Ona görə də diqqətli olmalıyıq. “Kəpəz” təhlükəli komandadır.
Əli HƏYATİ
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi