“Peşəkar Futbol Liqasının “Xəzər Lənkəran” və bu klubun vitse-prezidenti Tuyqun Nadirov arasında heç bir narazıçılıq yoxdur. Bizim görmək istədiyimiz bütün işlər klubların xeyrinə olacaq. İstəyirik ki, klublar öz teleyayım hüquqlarından nəsə əldə etsinlər. Bizim klublardan qazanmaq fikrimiz yoxdur. Biz istəyirik ki, bu işdən klublar özləri qazansınlar”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri PFL-in prezidenti Ramin Musayev növbəti mövsümdən teleyayım hüquqlarının klublardan alınaraq rəhbərlik etdiyi quruma verilməsinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov yayım hüququnun PFL-ə verilməsinə qarşı çıxıb. O deyib ki, klubla müqaviləsi olmayan telekanalların “Xəzər Lənkəran”ın oyununu yayımlamasına imkan verilməyəcək.
Ramin Musayev isə deyib ki, PFL-in yayım hüququndan əldə edəcəyi məbləğ qəpiyinə kimi klublara ödəniləcək: “Bir daha deyirəm ki, bizim bu işdən qazanmaq fikrimiz yoxdur, əksinə klubları qazandırmaq istəyimiz var. Televiziya ilə bağlanan müqavilədə hər bir nüans nəzərə alınacaq. Əgər oyunun yayımı televiziya ilə mümkün olmayacaqsa, azarkeşlər PFL-in öz saytında bütün matçları canlı izləyə biləcəklər”.
Bir müddət öncə “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov Lənkəranda keçiriləcək oyunların canlı nümayiş etdirməyi klubun xeyrinə olmadığını bildirib. Nadirov buna səbəb olaraq yerli azarkeşlərin stadiona gəlməməsinə göstərib. “Belə olan halda PFL hansı tədbirə əl atacaq” sualını isə Ramin Musayev belə cavablandırıb: “Mən Tuyqun Nadirovun fikrinə hörmətlə yanaşıram. Çünki klub rəhbərləri maraqlıdırlar ki, azarkeşlər stadionlara gəlsin. Düşünürəm ki, klubun maliyyədən daha çox azarkeş dəstəyinə ehtiyacı var. Stadionda nə qədər çox azarkeş olarsa, oyunçuların və hakimlərin də üzərində bir o qədər məsuliyyət düşər. Bu, hamımızın arzusudur. Digər tərəfdən, “Xəzər Lənkəran”ın ölkə hüdudlarından kənarda da xeyli azarkeşi var. Onların ixtiyarı var ki, öz sevimli klublarının oyunlarını izləyə bilsinlər. Çalışacağıq ki, televiziya vasitəsilə olmasa da, ən azı PFL-in öz saytında azarkeşlər sevimli komandalarının oyununu yüksək keyfiyyətlə izləyə bilsinlər”.
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"