Ölkə kubokunun finalının keçiriləcəyi stadion bəlli oldu

Ölkə kubokunun finalının keçiriləcəyi stadion bəlli oldu
ÖLKƏ FUTBOLU 12 Mart 2012 / 12:53 3029
-  A +

Azərbaycan  kubokunun final oyununun keçiriləcəyi məkan bəlli olub.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Qol.Az-ın müxbirilə söhbətində bildirib ki, mayın 17-dəki final oyunu Mərdəkan qəsəbəsindəki “Dalğa Arena” stadionunda baş tutacaq.

Qeyd edək ki, müstəqil Azərbaycan futbolu tarixində ikinci dəfədir ki, ölkə kubokun final oyunu Respublika stadionunda keçirilməyəcək (ilk dəfə 2006-cı ildə final matçı "Şəfa" stadionunda keçirilmiş və həmin oyunda "Qarabağ" "Karvan"a qalib gəlmişdi). Buna səbəb həmin arenada təmir və yenidənqurma işlərinin aparılmasıdır. Mayın 17-dək stadionda nəzərdə tutulan işlər başa çatmayacağına görə PFL final oyununu "Dalğa Arena"da keçirməyi qərara alıb.

Daha çox


Son xəbərlər