Bu gün Unibank Premyer Liqasının “Qəbələ” – “Neftçi” oyunu zamanı insident yaşanıb.
Qol.Az-ın məlumatına görə, “Neftçi”nin 1:4 hesabıyla uduzduğu oyunun ikinci hissəsində paytaxt klubunun azarkeşləri ilə polislər arasında mübahisə yaranıb.
Əldə etdiyimiz məlumata görə, “Neftçi”nin azarkeşlərii tribunanın bir neçə oturacağını sındırıb. Oyun başa çatdıqdan sonra isə stadionun qapısının şüşələri də sındırılıb.
Hadisəylə əlaqədar “Qəbələ”nin baş meneceri Zaur Əzizov Qol.Az saytına açıqlama verib. O qeyd edib ki, hadisə “Neftçi”nin azarkeşləri ilə polislər arasında yaşanıb: “Hazırda biz stadiondayıq. Vəziyyət sakitləşib. Qonaq azarkeşlər polislərin müşayiəti ilə Bakıya yola salınırlar. Onların arasında saxlanılan olmayıb”.
Z.Əzizov bildiriib ki, hadisəyə “Neftçi”nin uduzması səbəb olub: “Komandalarının oyununu həzm edə bilməyən qonaq azarkeşlərdən bir qrupu oturacaqları sındırmağa başladılar. Polis də təbii ki, buna reaksiya verdi və bundan sonra onlar arasında mübahisə yarandı. Başqa heç nə baş verməyib. Bizim azarkeşlər həmin hadisədə iştirak etməyiblər”.
Z.Əzizov stadiona dəyən ziyanın hesablanacağını bildirib.
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer