"Bakı" Starkovu istefaya göndərdi

"Bakı" Starkovu istefaya göndərdi
ÖLKƏ FUTBOLU 11 Mart 2012 / 12:29 3503
-  A +

"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov və baş məşqçi Aleksandr Starkov arasında görüş keçirilib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı məlumata görə, geniş mövzuların müzakirə olunduğu toplantının nəticəsi kimi mühim qərar qəbul olunub. “Bakı” futbol klubu ilə Aleksandr Starkov arasında əldə olunan qarşılıqlı razılıq əsasında latviyalı mütəxəssisisin müqaviləsinə xitam verilb.

Aleksandr Starkov 2011-ci ilin yanvar ayında "Bakı" futbol klubunun baş məşqçisi təyin olunmuşdu. Hazırda baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq komandanın məşqçisi Novruz Əzimova tapşırılıb.

Daha çox


Son xəbərlər