“İnter” klubunun prezidenti Georgi Nikolov AFFA-nın dünən keçirilən hesabat-seçki konfransı barədə danışıb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən Nikolov Rövnəq Abdullayevin yenidən assosiasiyanın prezidenti seçilməsi haqda fikirlərini bölüşüb, legionerlərlə bağlı limitin dəyişdirilməsi və matçların teleyayım hüquqları ilə əlaqədar sualları cavablandırıb:
- Dünən AFFA-nın Hesabat-Seçki Konfransında iştirak etdiniz. Öncə bilmək istərdik, tədbir necə keçdi?
- Hesabat-Seçki Konfransı hər mandat dövrünün sonunda keçirilən standart tədbirdir. Deyim ki, AFFA uşaq-gənclər və qadın futbolunun inkişafı üçün böyük işlər görüb, birinci və yüksək liqada da böyük həcmli işlər həyata keçirib. Həmçinin Azərbaycan futbolunun maddi bazasının və daxili əlaqələrin yaxşılaşmasının şahidi oluruq. Xoşdur ki, təşkilatın daxili marketinq işi yaxşı təşkil edilib. Tədbirdə açıqlandı ki, hesabat dövründə federasiyanın gəlir xərclərini 1 milyon manat üstələyib. Bu aspektlər bizi sevindirməyə bilməz.
- Rövnəq Abdullayevin AFFA-nın prezidenti postuna təkrar seçilməsi barədə nə deyə bilərsiniz?
- Hesab edirəm ki, bu vəzifəyə Rövnəq Abdulayevin seçilməsi məntiqli qərardır. Qeyd edim ki, cənab Abdullayev bu idman növünün ən təcrübəli rəhbərlərindən biridir. Düşünürəm ki, bu vəzifədə fəaliyyətinin davamı ona düşündüklərini, ancaq ilk səlahiyyət müddəti ərzində həyata keçirə bilmədiklərini reallaşdırmağa imkan verəcək. Axı belə vəzifəli rəhbərlərə çoxsaylı layihələri reallaşdırmaq üçün bir səlahiyyət müddəti azdır. Ümid edirəm ki, Rövnəq Abdullayevə yerli futbolu yeni səviyyəyə qaldırmaq müyəssər olacaq və biz də bu işdə ona kömək etməyə çalışacağıq.
- Dünənki toplantının ən yadda qalan qərarlarından biri də legioner limitinin 8+3-dən 7+3+1-ə dəyişdirilməsi oldu. Bu qərarı şərh etməyinizi xahiş edirik…
- Fikrimcə, burada qorxulu heç nə yoxdur. Belə praktika, məhz öz məktəb-akademiyalarından gənc futbolçuların məcburi qaydada əsas heyətə salınması Avropanın bəzi ölkələrində artıq tətbiq edilib. Məsələn, belə qaydadan Serbiyada istifadə olunur və bu dəyişiklik sayəsində hər il daha çox gənc istedadlı oyunçular meydana çxır və yeni futbol ulduzları parlayır. Bundan başqa, bu qayda FİFA-nın direktividir və gec-tez bizdə də bu qaydaya əməl olunmalı idi.
- Bundan başqa, konfransda çempionat oyunlarının televiziya yayımı hüquqlarının PFL-ə qaytarılması barədə qərar qəbul olundu. Bu qərar barədə nə düşünürsünüz?
- Belə dəyişikliklər artıq bir neçə dəfə həyata keçirilib, lakin onlar, səmimi desək, klublar üçün xüsusi dəyişikliklərə gətirib çıxarmayıb. PFL yenidən bu məsələ ilə məşğul olacaq və ümid edək ki, bu, onlara müyəssər olacaq. Ancaq mən onun tərəfdarı olaraq qalıram ki, televiziya yayımları klublara müəyyən maliyyə mənfəəti gətirməlidir.
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi