“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi
- “Qarabağ” qış fasiləsindən sonra keçirdiyi dörd oyunun hamısında qələbə qazanıb. Yəqin ki, komandanızın çıxışı səni qane edir.
- Belə götürəndə hər şey normaldı. Düzdü, qalib gəldiyimiz üçün ola bilər ki, bəzi çatışmazlıqların fərqinə varmaya bilərik. Lakin oyun zamanı bəzi xırda problemlər üzə çıxır. Elə oyunlar olur ki, komanda çətinlik çəkir. Məsələn, bu sözlərimi “Simurq”la son oyunun birinci hissəsinə aid edə bilərəm. Ancaq qol vurduqdan sonra problemi aradan qaldıra bildik. Bu da başa düşüləndi ki, çatışmazlıqların hamısını bir anda düzəltmək mümkün deyil. Düşünürəm ki, bəzi problemləri tədricən aradan qaldıracağıq.
- Komandanızın hücumların sayı çox olsa da, əksər oyunlarda minimal hesabla qalib gəlirsiniz. Səbəb nədir?
- Bəli, doğru deyirsiniz. Lakin mən hər şeyə rəğmən sonda nəticənin bizim üçün yaxşı olmasının tərəfdarıyam. Birdə ki, yaratdığın bütün qol epizodlarının hamısında fərqlənmək olmaz ki. Açığı, nədən belə olduğunu mən də bilmirəm.
Düzdü, qol vurmaq hücumçunun işidir. Lakin biz də əlimizdən gələni edirik ki, komandaya maksimum xeyir verək. Əsas odur ki, bir və ya iki qol olsa da, vura bilirik. Böyükhesablı qalib gələ bilməməyimiz hardasa, başa düşüləndi. Çünki rəqiblərimiz “Qarabağ”la qarşılaşmalarda daha çox müdafiəyə diqqət yetirirlər.
- Keçən mövsümə rəğmən bu il çox az qol vurmusan: 22 oyuna cəmi dörd qol.
- Bu nəticədən razı deyiləm. Özüm də bilirəm ki, bu mövsüm çox az qol vurmuşam. Lakin buna baxmayaraq, meydanda çox iş görürəm. Daim hərəkətdə olaraq rəqib müdafiəçilərini həyəcanda saxlayıram. Bilirəm ki, dörd qol mənə yaraşan nəticə deyil. Lakin ruhdan düşməyərək irəliyə döğru baxıram. Əsas məsələ baş məşqçi Qurban Qurbanov mənə inanmasıdır. İnanıram ki, qarşıdakı oyunlarda qollar vuraraq fərqlənəcəyəm.
- Düşünmürsən ki, rəqib komandalar və müdafiəçiləri artıq sənin oyununu oxuyub?
- Mən belə deməzdim. Əlbəttə, iştirak etdiyim, qol vurduğum oyunların video yazısını analiz edirlər. Ancaq bir şeylə razılaşıram ki, əvvəlki oyunlara nisbətən, müdafiəçilər mənə daha sıx oynayırlar. Hərdən olur ki, iki müdafiəçiyə məni saxlamağı tapşırırlar. Sözsüz ki, belə təzyiq altında oynamaq çətindir.
- İlk “alttılıq” mərhələsinə sabah start veriləcək. İlk rəqibiniz “Xəzər Lənkəran” oyunda hansı nəticəyə ümid edirsən?
- Əlbəttə bizi çətin yun gözləyir. “Xəzər Lənkəran”la “Qarabağ”ın oyunu hər zaman maraqlı və gərgin keçir. “Altılıq”dakı ilk qarşılaşmanın Quzanlıda öz azarkeşlərimiz önündə olması bizi bir az üstün edir. Lakin bu oyunun taleyini bir qol da həll edə bilər. Ona görə də, çox diqqətli olmalıyıq. Çox təəssüf ki, sarı vərəqə limitim dolduğu üçün “Xəzər Lənkəran”la oyunda iştirak edə bilməyəcəm. Bununla belə, komanda yoldaşlarımın işlərinin öhdəsindən gələcəklərinə inanıram.
- Sənin həmin oyunda olmamağın “Qarabağ”ın çıxışına nə dərəcədə təsir edəcək?
- Düşünmürəm ki, komanda zəif oynasın. Çünki “Qarabağ”ın heyətində kifayət qədər yaxşı oyunçu var. Keçən il bir qədər çətinlik çəkə bilərdik. Lakin bu mövsüm heyətdə yetərincə ehtiyat futbolçu toplaşıb.
Əli HƏYATİ
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi