Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.
Qol.Az-ın məlumatına görə, konfransda əvvəlcə AFFA rəhbərliyinin hesabatı dinləniləcək, sonra isə AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçilib.
AFFA prezidentliyinə yeganə namizəd olan Rövnəq Abdullayev çıxışına 2008-ci ildə görülən işlərlə başlayıb. Abdullayev son dövrdə futbola kütləvi axından danışıb. Onun sözlərinə görə, əgər 2008-ci ildə ölkə üzrə qeydiyyatdan keçən futbolçuların sayı 1500 idisə, hazırda 20 min nəfərdir.
Tədbirdə çıxış edən Elxan Məmmədov konfrans iştirakçılarına UEFA-nın təbrik məktubunu çatdırıb. Məktubda Azəbaycanda futbolla bağlı görülən böyük işlərdən danışılıb. E.Məmmədov konfransda 35 nəfərin səsvermə hüququna malik olduğunu və bunlardan 34-ünün tədbirdə iştirak etdiyini bildirib.
Lakin tədbirin başlamasında müəyyən gecikmə müşahidə olunub. Konfransın nəzərdə tutulduğu vaxtda (10:00) deyil, saat 10:50-da başlayıb.
Səsvermənin nəticələrinə əsasən Rövnəq Abdullayev ikinci dəfə AFFA-nın prezidenti seçilib. R.Abdullayev qarşıdakı 4 illdə də quruma rəhbərlik edəcək.
AFFA-nın İcraiyyə Komitəsinə seçkilər də keçirilib. Namizədliyi verilən 10 nəfər – Rauf Əliyev, Elşad Nəsirov, Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Mirkamil Rəhimov, Hafiz Məmmədov, Cahangir Əsgərov, Mahir Məmmədov və Elmar Qasımov yenidən quruma üzv seçilib.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi