“Qol hesabımı açdığıma görə çox sevincliyəm. Qış fasiləsindən sonra bütün oyunlarda qələbə qazanmışıq və bu daha sevindirici haldır”. Qol.Az-ın məlumatına görə, bu fikirləri “Qəbələ”nin fransalı futbolçusu Yannik Kamanan klubun rəsmi saytına deyib.
Komandaya qış fasiləsində “Mersin İdman Yurdu”ndan transfer olunan hücumçu Unibank Premyer Liqasının XXII turunda “Rəvan”a 4:0 hesabı ilə qalib gəldikləri səfər oyununda dubla imza atmaqla, qol hesabını açıb. Bununla da “Qəbələ”nin 7 illik tarixində onun formasında qol vuran 68-ci futbolçu olub.
“Siftə”sinə görə sevincli olan Kamanan klubunun rəsmi saytına açıqlamasında komandanın uğur qazanmasının fərdi uğurlardan daha vacib olduğunu bildirib: “Qol vurmaq gözəldir, amma önəmli olan komandanın uğur qazanmasıdır. İnanıram ki, növbəti oyunlarda qollarımla “Qələbə”nin hədəfinə çatmasında pay sahibi olacağam. Ümumiyyətlə, meydançadan kənarda danışmağı sevmirəm. Fikrimcə, futbolçunun sözünü oyunu ilə deməsi daha effektivdir”.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video