“İlk dövrədə “Simurq” bizi 4:2 hesabıyla məğlub etmişdi. Ona görə də, Gəncədəki görüşdə onlardan revanş almalıydıq. Ən əsası da, məqsədimiz mütləq 3 xal qazanmaq idi”.
Qol.Az müxbüri ilə söhbətdə bu sözləri “Kəpəz”in yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.
Unibank Premyer Liqasının dünən keçirilən 22-ci turunun oyununda “Kəpəz” öz meydanında “Simurq”a 2:0 hesabıyla qalib gəlib.
“Simurq” bilirdi ki, bizimlə oyunları çətin olacaq. Nəiki Zaqatala təmsilçisi, Unibank Premyaer Liqasında çıxış edən bütün klubların hamısı “Kəpəz”dən ehtiyat edirlər” – deyə o bildirib.
Ceyhun Sultanov “Simurq”la oyunda sol ayağından zədə alaraq meydanı xələkdə tərk etməsi haqda da danışıb: “Hazırda Bakıya gəlirəm. Bir neçə gün dincəldikdən sonra müayinədən keçəcəyəm. Qarşılaşma zamanı sol ayağımda güclü burxulma oldu. Həkimlərin dəqiq müayinəsindən sonra meydana nə vaxt qayıdacağım bəlli olacaq. Çox güman ki, hələ bir həftə oynaya bilməyəcəyəm”.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi