Fatih Kavlak: "Erkən qol rəqibi sarsıtdı"

Fatih Kavlak: "Erkən qol rəqibi sarsıtdı"
ÖLKƏ FUTBOLU 3 Mart 2012 / 19:01 2086
-  A +

“Oyunun ilk dəqiqələrindən rəqibə qol vurmaq futbolda böyük önəm kəsb edir. Hesabın erkən açılması “Rəvan”ı psixoloji cəhətdən sarsıdaraq, komandada ruh düşkünlüyü yaratdı”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Unibank Premyer Liqanın bugünkü matçında səfərdə “Rəvan”ı 4:0 hesabı ilə məğlub edən “Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak deyib.

Kavlak komandasının oyunundan razı qaldığını dilə gətirib: “Altılığ”a vəsiqə qazanmağımız rəsmiləşdi. Qarşımızda duran növbəti vəzifə Avroliqa oyunlarında çıxış etməkdən ibarətdir”.

Türkiyəli mütəxəssis rəqiblə mübarizə zamanı zədələnən Viktor Mendinin durumu haqda danışıb: “Mendi rentgen müayinəsindən keçdikdən sonra zədəsinin nə qədər ciddi olduğu bəlli olacaq”.

Daha çox


Son xəbərlər