“Qarabağ” Unibank Premyer Liqasının cari mövsümünün özünə aid olan rekordunu yeniləyib.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, XXI turun “Kəpəz”lə qarşılaşmasında da qol buraxmayan Ağdam təmsilçisi ardıcıl 6 oyun qol buraxmayan ilk komanda olub. Komandanın serbiyalı qapıçısı Boyan Pavloviç sonuncu dəfə 2011-ci il noyabrın 26-da XIV turun “Neftçi”ylə görüşündə 1:2 hesabı ilə uduzduqda öz qapısında qol görüb. Həmin görüşdə “Qarabağ”ın qapısına sonuncu qolu vuran Flavinyodan sonra bugünədək heç kim Pavloviçi məyus edə bilmir. Braziliyalının matçın 88-ci dəqiqəsində vurduğu qoldan sonra serbiyalı artıq 542 dəqiqədir qapısını toxunulmaz saxlayır.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan və dünyanın milli çempionatlardakı ən uzun quru seriyaları özündə əks etdirən siyahıya düşmək üçün Pavloviçin cəmi 112 dəqiqəsi çatmır. Çünki adıçəkilən siyahıya daxil olmaq üçün 660 quru dəqiqəyə malik olmaq zəruridir. Serbiyalı təsnifat mərhələsinin son 2 oyununda bu göstəriciyə nail olmağa yaxındır.
Artıq adı həmin siyahıda olan, lakin 2-ci dəfə seriyası ilə fərqlənmək iddiasında olan “Qəbələ”nin qapıçısı Pavel Doroşev isə “Xəzər Lənkəran”la matçda qapısında qol görüb. Bunadək sonuncu dəfə XV turun ötən il dekabrın 4-də keçirilən “Sumqayıt”la görüşündə qapısında qol görən latviyalını bu dəfə Rahid Əmirquliyev məyus edib. Ötən ilki matçın 39-cu dəqiqəsində Samir Abasov vurduğu qoldan Rahidin qolunadək Pavel 437 dəqiqə qapısından qol buraxmayıb.
Xatırladaq ki, 2010/11 mövsümündə imza atdığı 952 dəqiqəlik quru seriya ilə Doroşev dünya reytinqində 68-ci pillədədir.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi