Hollandiyalı mütəxəssis Quus Hiddink Rusiyanın “Anji” futbol klubuna baş məşqçi təyin olunub.
Qol.Az-ın “Goal.com”a istinadən verdiyi məlumata görə, 66 yaşlı mütəxəssislə ilyarımlıq müqavilə bağlanılıb.
Onun təyinatı barədə yaxın 24 saat ərzində rəsmi açıqlama veriləcək. Hiddink “Anji”yə Türkiyədəki təlim-məşq toplantısında qoşulacaq. Təcrübəli mütəxəssisin “Anji”dəki köməkçiləri “Utrext”in sabiq baş məşqçisi Ton dyu Şatinyo ilə əvvəllər Yaponiyada çalışmış Jelko Petroviç olacaq.
Qeyd edək ki, Quus Hiddinkin son iş yeri Türkiyə yığması olub. O, 2011-ci ilin noyabrında tutduğu postdan kənarlaşdırılıb. Səbəb kimi “ay-ulduzlular”ın 2012-ci il Avropa çempionatına yüksələ bilməməsi göstərilib. Hiddink 2006 – 2010-cu illərdə Rusiya millisində də çalışıb və komandaya 2008-ci il Avropa çempionatının bürünc medallarını qazandırıb.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi