"Türkiyədə təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Antalyada 4 yoxlama görüşü keçirdik".
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində "Sumqayıt" klubunun qapıçısı Andrey Popoviç deyib.
A.Popoviç Türkiyədə baş tutmuş yoldaşlıq görüşlərini belə dəyərləndirib: "Keçirdiyimiz 4 yoxlama görüşündən 3-də məğlub olmağımıza baxmayaraq, komanda yaxşı təsir bağışladı. Məğlubiyyətlərin əsas səbəbi isə baş məşqçinin daha çox gənc oyunçulara şans verməsi idi. Bununla belə, həmin oyunlarda buraxdığımız səhvlər də məğlubiyyətdə böyük rol oynadı.
Milli komandaya gəldikdə isə hələ ki, yığmanın əsas qapıçısı hesab olunmuram. Ancaq əsas qapıçı olmaq üçün mübarizə aparmaqda davam edəcəyəm. Bir müdddət öncə mətbuatda siqaretlə şəkillərim yayımlanmışdı. Həmin vaxt millinin baş məşqçisi Berti Foqts da mənə qəzəblənmişdi. Ancaq Foqtsla görüşdüm və vəziyyəti ona izah etdim. Baş məşqçiyə söz verdim ki, bir daha belə şey olmayacaq".
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"