“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Zənnimcə, maraqlı oyun oldu. Matçın hər iki tərəf üçün faydalı olduğu qənaətindəyəm. Oyunboyu yüksək temp vardı. Qarşılıqlı hücumlar yoxlama oyunu olmasına baxmayaraq görüşə rəng qatdı”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Rumıniyanın “Petrolul Ploiesti” komandasının baş məşqçisi Valeru Raçita “Qarabağ”ın rəsmi saytına açıqlamasında bildirib.
“Qarabağ”a olduqca texnikalı komanda adlandıran rumın mütəxəssis bildirib: “Topla oynamağı bacaran, kombinasiyalı oynamağa üstünlük verən komandanız var. Daim axtarışdaydınız. “Qarabağ” məndə ancaq xoş hisslər buraxdı. Baxımlı futbola üstünlük verirdiniz. Bizim də fərqlənmək üçün bir neçə şansımız oldu. “Qarabağ” ən azı daha iki epizodda fərqi artıra bilərdi. Kimisə fərqləndirməyim düzgün olmazdı. Çünki fərdlərdən daha çox kollektiv futbola üstünlük verilməsi hiss olunurdu”.
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"